Bakıda 22 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Suraxanı rayonunda gənc piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 22 yaşlı Abidov Valeh Əbdülvahab oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər