Bakıda 22 yaşlı gənc bıçaqlanıb

Bakıda gənc oğlan döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb.

"Report"un məlumatına görə, mübahisə zəminində bıçaqlanan 2001-ci il təvəllüdlü Məmmədyarov Sabir Cavad oğlu bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14