Bakıda məktəblini avtomobil vurub

Bakının Nərimanov rayonunda məktəblinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə 47 saylı məktəbin qarşısında baş verib.

2014-cü il təvəllüdlü Əhmədov İbrahim Rafiq oğlu məktəbin qarşısında yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər