Bakıda 19 yaşlı sürücü yol qəzasında xəsarət alıb

Bakının Yasamal rayonunda 19 yaşlı sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2003-cü il təvəllüdlü Ruhani Fərid Fəzail oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38