Bakıda 18 yaşlı gənci avtomobil vurub 

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Məmmədov Tunar Fariz oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər