Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Qobustan rayonunda qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Nəcəfov Sənan Nadir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib.
Faktla bağlı araşdırma aparılır.