Bakıda 18 yaşlı gənc bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu, Birinci mədən adlı ərazidə baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Babayev Tural Asif oğlu yaşadığı ərazidə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməyi ilə 1 sayli Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamani T.Babayevin bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaralar aşkarlanıb. Yaralı əməliyyat olunub.

Polis hadisənin təfərrüatlarını araşdırır.

Ramin Şahbazov

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37