Bakıda 16 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

Bakıda gənc qız dəm qazından zəhərlənərək ölüb.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Cəmilə Rəhimova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38