Bakıda 15 yaşlı piyadanı avtomobil vurub

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Zirə qəsəbəsində avtomobil yolu keçən 15 yaşlı Ə.K-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 26 aprel, 2026 / 11:49
Şəkidə yük avtomobili yanıb 25 aprel, 2026 / 13:01
Göyçayda marketdə yanğın olub 25 aprel, 2026 / 10:23