Bakıda yeniyetmə qızı avtomobil vurub

Bakıda 14 yaşlı yeniyetməni avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Ağayeva Fatimə Əmirağa qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər