Bakıda 10 yaşlı uşaqlar yol qəzasında xəsarət alıb

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2012-ci il təvəllüdlü Qasımov Murad İntiqam oğlu və onun həmyaşıdı olan Zeynalova Ülkər Şamil qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14