Bakı-Şamaxı yolunda avtomobillər toqquşub, xəsarət alanlar var

Bakıda-Şamaxı yolunda baş verən qəzada iki nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə magistral yoıda baş verib. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1992-ci il təvəllüdlü Abışova Ayşən Zakrat qızı və 1972-ci il təvəllüdlü Qəndəliyeva Sevda Seyidbaba qızı xəsarət alıblar.

Yaralılar Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər