Bakı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Bakı. 23 avqust. REPORT.AZ/ Bakı sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə avqustun 22-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində qeydə alınıb.

Orada yaşayan Əkbər Hüseynov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45