Bakıda 31 yaşlı kişi ağır xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Qobustan qəsəbəsində 1989-cu il təvəllüdlü Əşrəfov Ramiz Güləli oğlu at sürərkən ehtiyatsızlıqdan yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. R.Əşrəfov təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.
Ramin Şahbazov