Bakı-Qazax yolunda “Opel” “KamAZ”la toqquşub, yaralılar var

Bakı. 4 dekabr. REPORT.AZ/ Bakı-Qazax yolunun 65-ci kilometrliyində “Opel” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalan yaralıları nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. 

Digər xəbərlər

Masazırda 4 avtomobil yanıb 10 oktyabr, 2026 / 09:11