FHN Masazırda 5 avtomobilin yanması ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış komplekslərindən birinin həyətində avtomobillərdə yanğın olub.

"Report" xəbər verir ki, bun barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın nəticəsində "Mercedes", "Lada" və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri, həmçinin "Renault" markalı minik avtomobili qismən yanıb.

Yüksək temperaturun təsirindən "Baic" markalı minik avtomobilinin arxa işığı qismən əriyib.

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.

Digər xəbərlər