Qubada iki avtomobil toqquşub, ölən var

Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, "VAZ-2106" və "Toyota Prado" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir nəfər aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 21 noyabr, 2026 / 09:18