Bakı-Qazax yolunda avtomobillər toqquşub, xəsarət alanlar var

Bakı-Qazax yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Ağayev Fikrət Möhübbət oğlu və 1992-ci il təvəllüdlü Əmənov Alqış Vaqif oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14