Bakı-Ələt yolunda mərmər yüklü nəqliyyat vasitəsi aşıb - FOTO

Bakı. 9 noyabr. REPORT.AZ/ Bakı-Ələt yolunda mərmər daşıyan TIR yük avtomobili qəza törədib.

"Report"un əldə etdiyi məlumata görə, nəqliyyat vasitəsinin qabaq təkəri partlayıb. Nəticədə yük maşını qarşısındakı "Mercedes" markalı avtomobili vurub. Zərbənin təsirindən TIR yolun kənarına düşərək aşıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Səlcuq Elçin

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41