Azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanılıb

Bakı. 3 mart. REPORT.AZ/ Almaniyadan Türkiyəyə gedən azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanılıb.

“Report”un məlumatına görə, yerli məhkəmə Gülnarə Babayeva barəsində həbs qərarı çıxarıb.

O, ümumilikdə, 7 hadisə üzrə 32 min avro məbləğində dələduzluq etməkdə şübhəli bilinir.

Qadının yaşadığı evdə Azərbaycan pasportları da daxil olmaqla, ümumilikdə, 54 sənəd tapılıb.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29