Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

Lənkəran. 5 sentyabr. REPORT.AZ/ Yerli vaxtla saat 21:11-də Lənkəran stansiyasından 10 km qərbdə, Lənkəran ərazisində zəlzələ qeydə alınıb. 

"Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. 

Yeraltı təkanların maqnitudası 3,7, dərinliyi 16 km olub.


***21:51

Lənkəran rayonunda zəlzələ olub.

"Report" xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 21:12-də qeydə alınıb.

Zəlzələ 3 bala qədər hiss edilib.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48