Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycanda zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 04:54-də Mingəçevirdən 24 km cənubda, Yevlax ərazisində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,3, dərinliyi 31 kilometr olub. Yeraltı təkanlar hiss olunmayıb.