Azərbaycanda boşanmaların sayı azalıb

Azərbaycanda boşanmaların sayı azalaraq 1,7-dən 1,5-ə düşüb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 40277 nikaha daxilolma və 10391 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,4-dən 6,0-a qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə düşüb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54