Azərbaycan gömrükçüləri pirotexniki vasitələr aşkar edib

Bakı. 11 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə "Report"a DGK-dan bildirilib.

Məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3 adda, ümumilikdə 59 216 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27