"Azadlıq prospekti" metrostansiyası yaxınlığında piyadanı maşın vurub

Bakının Binəqədi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, 1977-ci il təvəllüdlü Arazxanova Vüsalə Süleyman qızı "Azadlıq prospekti" metrostansiyası yaxınlığında yolu keçərkən onu maşın vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub. Xəstə Nevrotravma şöbəsinə yerləşdirilib.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37