Bakı. 2 iyul. REPORT.AZ/ Qobustanda bədbəxt hadisə olub.
"Report" xəbər verir ki, hadisə rayonun Çalov kəndində qeydə alınıb.
Belə ki, kənddə 2013-cü il təvəllüdlü Məmmədli Rasim Yunis oğlunun üzərinə su çəni aşıb.
Nəticədə o, xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Fakt araşdırılır.