Ağsuda avtomobillər toqquşub, xəsarət alanlar var

Ağsu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Mirzəyev Təşkilat Qiyas oğlu və 1983-cü il təvəllüdlü Əbilov Səfər Əliqardaş oğlu xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı T.Mirzəyevə sağ baldır sümüklərinin yerdəyişən sınığı və S.Əbilova isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05