Ağdaş rayonu Pirəzə kənd qəbiristanlığından məzarların ətrafında olan dəmir məhəccərlərin, eləcə də generator və təmir-tikinti alətlərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, hadisə ilə bağlı polisə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayonunun Qarasuçu kənd sakinləri Kənan Həsənov və Abil Bayramov qısa müddət ərazində müəyyən olunaraq saxlanılıblar. Araşdırma zamanı saxlanılan şəxslərin həmkəndliləri Elşad Quliyevlə əvvəlcədən əlbir olub, Ağdaş rayonunun Kotavan və Xınaqlı kəndlərinin örüş sahələrindən iki baş iribuynuzlu heyvanı da oğurladıqları məlum olub. Keçirilmiş tədbirlərlə E.Quliyev də tutularaq istintaqa təhvil verilib.
Həmin şəxslər ifadələrində oğurladıqları dəmir məhəccərləri Şəmkir, iribuynuzlu heyvanları isə K.Həsənovun icarə əsasında idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Bərdə və Gəncə şəhərlərindəki mal heyvan bazarlarına aparıb, orada dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Oğurluq etmələrinə səbəb kimi isə həmin “Ford” markalı avtomobili əvvəlcədən təmir edən ustaya borclu olmalarını əsas gətiriblər.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Ağdaşda qəbiristanlıqda oğurluq edənlər saxlanılıb
Digər xəbərlər
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
29 oktyabr, 2026 / 00:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
28 oktyabr, 2026 / 20:54
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
28 oktyabr, 2026 / 20:30
Yasamalda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb edilib
28 oktyabr, 2026 / 16:32
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
28 oktyabr, 2026 / 16:15
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır
28 oktyabr, 2026 / 12:50
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
28 oktyabr, 2026 / 10:47
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
28 oktyabr, 2026 / 10:14
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək
27 oktyabr, 2026 / 20:42
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
27 oktyabr, 2026 / 19:04
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
27 oktyabr, 2026 / 17:51
Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub
27 oktyabr, 2026 / 17:46
Siyəzəndə qadının qohumu tərəfindən borca görə öldürdüyü məlum olub - Yenilənib
27 oktyabr, 2026 / 17:02
Salyanda bir ailənin 3 üzvünün bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanılıb - Yenilənib
27 oktyabr, 2026 / 16:41
Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub
27 oktyabr, 2026 / 16:28
Kamran Əliyev Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyasının rəhbəri ilə görüşüb
27 oktyabr, 2026 / 15:01
Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi
27 oktyabr, 2026 / 09:02
DTX Ceyhun Sabunçunu qətlə yetirənləri müəyyən edərək saxlayıb – Yenilənib-2
26 oktyabr, 2026 / 19:14
Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan restoranın fəaliyyəti dayandırılıb
26 oktyabr, 2026 / 14:39