Ağdaş rayonunun Ərəbocağı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.