Ağdaşda avtomobil 60 yaşlı kişini vuraraq öldürüb

Ağdaşda ölümlə nəticələnən avtoqəza baş verib.

"Report" xəbər verir ki, 1968-ci il təvəllüdlü, Ağdaş rayon sakini Hacıyev Ramis Əsgər oğlu idarə etdiyi "VAZ 2101" minik markalı avtomobillə Yuxarı Ləki kəndi ərazisində yolu keçən piyada - 1966-cı il təvəllüdlü Şərifov Əvəz Hümmət oğlunu vurub.

Sonuncu aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 10 yanvar, 2026 / 19:12