Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Qurumdan "Report"a verilən xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Digər xəbərlər