Abşeronda əri tərəfindən döyülən qadının ayağı sınıb

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, Digah qəsəbəsində ailə münaqişəsi zəminində əri tərəfindən döyülən 1988-ci il təvəllüdlü Hacıyeva Vəfa Seyfulla qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14