Abşeronda avtomobil 43 yaşlı qadını vurub

Bakı. 2 iyul. REPORT.AZ/ Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun "At yalı" yaşayış massivindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Məmməddova Aygün Həsənağa qızını minik avtomobili vurub. Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd edək ki, hadisəni törətmiş sürücü yaralını xəstəxananın reanimasiya şöbəsinə yerləşdirib.

Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41