Abşeronda ata 5 yaşlı oğlunu avtomobillə vurub

Abşeron rayonunda ata 5 yaşlı övladını avtomobillə vurub.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Vuqar Mehdiyev idarə etdiyi avtomobilini arxaya verərkən ehtiyatsızlıqdan 5 yaşlı oğlu Renat Mehdiyevi vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14