Abşeronda avtomobil 9 yaşlı uşağı vurub

Abşeron rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Məmmədli Əli Asim oğlunu vurub.

Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14