Abşeronda 4 yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Abşeron rayonunda azyaşlı hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Digah qəsəbəsində qeydə alınıb. 2018-ci il təvəllüdlü Bağırov Həsən Akşin oğlu ehtiyatsızlıqdan yaşadığı evin 2-ci mərtəbəsindən yerə yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14