"Zirə" hücumçusu ilə müqaviləni uzatdı

“Zirə” klubu futbolçusu Davit Volkovla yeni müqavilə imzalayıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, gürcüstanlı hücumçu ilə sözləşmə 2022-ci ilin iyununadək uzadılıb.

Qeyd edək ki, 26 yaşlı forvard "qartallar"ın heyətində 2020-ci ilin yanvarından forma geyinir.

Digər xəbərlər