İspaniyanın "Andorra" klubunun qapıçısı Xesus Ovono rəqib futbolçu ilə toqquşma nəticəsində onun ölümünə səbəb olan hadisəyə görə 8-12 oyunluq diskvalifikasiya ilə cəzalandırıla bilər.
"Report" xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.
Hadisə İspaniya çempionatının II divizionunda keçirilən "Tenerife" – "Andorra" matçında baş verib. Qarşılaşma zamanı "Tenerife"nin futbolçusu Xesus de Migel rəqib komandanın qapıçısı ilə toqquşduqdan sonra ürəyi dayanıb.
30 yaşlı futbolçuya hadisə yerində tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, de Miqel xəstəxanada vəfat edib.
Qeyd edək ki, Xesus de Migel 2025-ci ilin yayından "Tenerife" klubunda çıxış edirdi. O, karyerası ərzində İspaniyanın bir sıra digər klublarının da formasını geyinib.