"Liverpul" Federiko Valverde üçün 100 milyon avro dəyərində təklif hazırlayır

İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Federiko Valverde üçün 100 milyon avro dəyərində təklif hazırlayır.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi qarşıdakı transfer dönəmlərində 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmağı hədəfləyir.

Lakin bu keçidi reallaşdırmaq heç də asan olmayacaq. Çünki Madrid klubunun komandada əsas rol oynayan uruqvaylı futbolçunu buraxmaq ehtimalı çox aşağıdır.

Xatırladaq ki, Federiko Valverde cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 13 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Neftçi əsrin rekorduna imza atıb 03 noyabr, 2026 / 10:15