AFFA İntizam Komitəsi MOİK-in futbolçusu Zahid Mərdanovu 3 oyunluq cəzalandırıb

Azərbaycan Kubokunun II təsnifat mərhələsinin MOİK - "Şahdağ Qusar" oyununda birbaşa qırmızı vərəqə alan meydan sahiblərinin futbolçusu Zahid Mərdanov 3 oyunluq cəzalanıb, komandası isə 900 manat cərimələnib.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Oktyabrın 27-də keçirilən "Səbail" - "Zirə" görüşünün 80-ci dəqiqəsində ikinci sarı vərəqəni alan "Səbail"in futbolçusu Samuel Nonqoh bir oyunluq cəzalanıb, klubu isə 150 manat cərimə olunub. Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan "Zirə" 700 manat cəriməyə məruz qalıb.

Oktyabrın 28-də baş tutan "Şəfa" - "Ağstafa Gəncləri" oyununda həkimi olmadığı üçün "Ağstafa Gəncləri" klubu 100 manat ödəməli olacaq.

Oktyabrın 29-da "Xankəndi" - "Gəncəbasar" matçında 6 futbolçusu sarı vərəqə alan "Xankəndi" komandası 210 manat cərimə olunub. "Zəngəzur" - "Karvan-Yevlax" qarşılaşması təcili tibbi yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün meydan sahibləri 200 manat ziyana düşüb.

Digər xəbərlər

Neftçi əsrin rekorduna imza atıb 03 noyabr, 2026 / 10:15