"Zirə"dən ayrılan hücumçu sabiq komandasına qayıdır

"Zirə" futbolçusu Ağabala Ramazanovla yollarını ayırıb.

"Report" klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə başa çatan müqavilə yenilənməyib.

Əldə etdiyimiz məlumata görə, təcrübəli forvard "Səbail"lə anlaşıb. O, qardaşı Zaur Ramazanovun hazırda məşqçi kimi çalışdığı "dənizçilər"ə keçir.

Qeyd edək ki, Ağabala Ramazanov 2020-ci ildən "Zirə"də çıxış edirdi. Futbolçu 2018/2019 mövsümündə "Səbail"in formasını geyinib.

Digər xəbərlər