İtaliyanın "Yuventus" klubu aşağı liqa təmsilçisi "Triestina"nın türk futbolçusu Teoman Gündüzü transfer edib.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Klubla futbolçu arasında imzalanan müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub. Lakin oyunçu öz istəyi ilə 2030-cu ilə qədər də "qoca sinyora"nın formasını geyinə bilər.
Futbolçu karyerasına Almaniyanın "Herta" (Berlin) klubunda başlayan 21 yaşlı Teoman Gündüz 2023-cü ildə İtaliyanın C seriyasında çıxış edən "Triestina"ya transfer olunub.