Uruqvay millisinin futbolçusu koronavirusa yoluxdu

İtaliyanın "Fiorentina" klubunun koronavirusa yoluxan yeni futbolçularından birinin kimliyi bəlli olub. 

"Report" "El Pais" nəşrinə istinadən xəbər verir ki, Uruqvay millisinin üzvü Martin Kaseresin testi müsbət nəticələnib. 

Qeyd edək ki, "Fiorentina" daha öncə 3 oyunçusunda koronavirus aşkarlandığını açıqlayıb. İtaliya A Seriyası koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. 

Digər xəbərlər