Uesli Sneyder Qətər klubuna keçib

Bakı. 6 yanvar. REPORT.AZ/ Fransanın "Nitsa" klubunda çıxış edən holland futbolçu Uesli Sneyder Qətərin "Əl-Qarafa" klubuna keçib.

“Report” xəbər verir ki, bu barədə Qətər klubunun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqavilə 2019-cu ilə qədər nəzərdə tutulub. Sneyder "Nitsa"nın heyətində ötən ilin yayından çıxış edir və Fransa komandasında 8 oyun keçirib.

Digər xəbərlər

Bakıda AFFA Fitnes C kursu başlayıb 15 sentyabr, 2026 / 17:17
Arsenal Fermin Lopeslə maraqlanır 15 sentyabr, 2026 / 16:09