UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.
"Report"un məlumatına görə, turnirin sosial şəbəkə hesabında "Marsel"in Fransada "köhlən atlar"a 3:1 hesabı ilə qalib gəldiyi pley-off mərhələsinin ilk oyununda Arkadiuş Milikin vurduğu qolların videosu yayımlanıb.
Postun üstündə isə "Arkadiuş Milik qapı qarşısında boşluq tapanda..." yazılıb.
Qeyd edək ki, "Qarabağ"la "Marsel" arasında cavab matçı fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Qarşılaşma saat 21:45-də başlayacaq.