AVRO-2024-ün rəsmi tviter və feysbuk hesabları Portuqaliya millisinin futbolçusu Bernardu Silva barədə paylaşım edib.
"Report"un məlumatına görə, postda 28 yaşlı yarımmüdafiəçinin dünya çempionatının mərhələsinin VI tur oyununda (3:0) Bakıda Azərbaycan yığmasının qapısına vurduğu qol yayımlanıb.
İngiltərənin "Mançester Siti" klubunda çıxış edən təcrübəli oyunçu həmin qolla görüşdə hesabı açmışdı.
Paylaşımda "Bernardu Silvadan dəhşətli qol" yazılıb.