Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının matçına təyinat alıb.

"Report"un məlumatına görə, 31 yaşlı hakim Xorvatiyada yerli "Dinamo" (Zaqreb) və Portuqaliyanın "Benfika" komandaları arasında keçiriləcək III təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Namik Hüseynov və Rahman İmami köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Filip Draqaşeviç yerinə yetirəcək.

Xatırladaq ki, "Dinamo" və "Benfika" klublarının U-19 komandalarının oyunu noyabrın 25-də, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32
Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20