UEFA "Sabah"ın futbolçusu Eyden Makkartini 2 oyunluq cəzalandırıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Vikinq"lə (Norveç) matçda qırmızı vərəqə alan "Sabah"ın müdafiəçisi Eyden Makkarti 2 oyunluq cəzalandırılıb.

"Report" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Norveç təmsilçisi ilə səfər matçında rəqibinə zərbə endirən oyunçu Avropa futbol qurumu tərəfindən 2 oyunluq diskvalifikasiya edilib.

Cənubi afrikalı mərkəz müdafiəçisi qarşıdan gələn "Barselona" və "Vilyareal"la görüşləri buraxmaq məcburiyyətində qalacaq.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32