UEFA “Çelsi”ni cərimələyə bilər

UEFA İngiltərənin “Çelsi” klubunu cərimələyə bilər.

“Report” “Mirror”a istinadən xəbər verir ki, buna səbəb klubun nəzdində olan qadınlardan ibarət komandanın baş sponsora satılmasıdır.

UEFA-nın qaydalarına əsasən klublar öz aktivlərinin sponsorlarına satışından əldə etdiyi qazancı mənfəət kimi göstərə bilməz. Məhz buna görə “Çelsi”yə maliyyə sanksiyası tətbiq olunacağı gözlənilir.

Qeyd edək ki, London təmsilçisi Premyer Liqada 30 turdan sonra 52 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Xəbər lenti

Tovuzda fərdi evdə yanğın olub 24 aprel, 2025 / 23:42