"Sabah"ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində dəqiqləşib.
Azərbaycan təmsilçisi I təsnifat mərhələsində TNS (Uels) komandasını məğlub etsə, növbəti raundda "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 21-22 iyulda, cavab matçları 28-29 iyulda baş tutacaq.